Nazirlər Kabineti "Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi"ndə dəyişikliklər edib.
Aktual.az Report-a istinadən bildirir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Nizamnamə sənədinə görə, işçinin intizamı pozmaqda təqsirli olması intizam pozuntusu hesab edilir. Dəmir yolu nəqliyyatının xidməti otaqlarında, qatarlarda və müəssisələrinin ərazilərində müəyyən edilmiş etik davranış qaydalarının, əmək və icra intizamının pozulması, hətta bu hal əmək vəzifələrinin icrası zamanı baş vermədikdə belə intizam pozuntusu hesab olunur. Hər bir intizam pozuntusuna görə yalnız bir intizam tənbehi verilə bilər.
İndiyədək şikayət işçiyə intizam tənbehinin verilməsinin icrasını dayandırmamaq hüququna malik idi.
Şikayətin verildiyi hallarda, şikayət olunan intizam tənbehinin verilməsinin icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.