Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxundu

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Məcidov, Həmidxan Mürvətov və Faiq Sadıqovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Aktual.az  report-a istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Sadıqov 9 il, H.Mürvətov 10 il və T.Məcidov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hər üç şəxs dələduzluqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR