Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeh Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.
"Report"un məlumatına görə, hakim Əlisultan Osmanovun sədirliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin iyul ayından Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Valeh Məmmədov tutulub.
// Aktual.az