Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Telman Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Aktual.az report-a istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Telman Xudaverdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) cəza tətbiq edilib. 3 il sınaq müddəti olaraq məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, 6 vətəndaşa qarşı dələduzluq əməli törədən T.Xudaverdiyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.