Dələduzluq edən qadınlara hökm oxundu

Dələduzluq edən qadınlara hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Yeganə Şərifova və Laləzər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Yeganə Şərifova 9 il, Laləzər Quliyeva isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs ediliblər.

Qeyd edək ki, hər iki şəxs bir neçə şəxsin etimadını qazanaraq, külli miqdarda dələduzluq ediblər. Hər iki qadın ev dəllalığında şübhəli bilinib. Ümumilikdə 55 min manat dələduzluq olub. Onlar Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələzduzluq) maddəsi ilə ittiham olunub.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR