Misirdə qəzaya uğramış Rusiya təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşı olub.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Misirdəki səfirliyindəki mənbə bildirib.
Şarm-əl-Şeyx aeroportundan bildirilib ki, təyyarə 9000 km hündürlükdə olarkən pilot mühərrikdə nasazlıq yaranması barədə dispetçer məntəqəsinə məlumat verib. Sonra onunla əlaqə itib.
Misir tərəfinin verdiyi məlumata görə, hadisə ölkədəki hakimiyyətə qarşı çıxan silahlı qruplaşmanın gizləndiyi En-Naxal dağ massivində baş verib. Lakin Misir rəsmiləri təyyarənin Sinay yarımadasındakı silahlı qruplaşma üzvləri tərəfindən vurulması ehtimalını istisna edirlər. Bildirilir ki, qəzanın baş verməsinə səbəb mühərrikin dayanması və idarəetmənin itirilməsi ola bilər. Şarm-əl-Şeyx aeroportundan bildirilib ki, təyyarə 9000 km hündürlükdə olarkən pilot mühərrikdə nasazlıq yaranması barədə dispetçer məntəqəsinə məlumat verib. Sonra onunla əlaqə itib.
“Reuters” yazır ki, Sinay yarımadasında qəzaya uğramış təyyarə tamamilə parçalanıb. Agentliyin hadisə yerindəki təhlükəsizlik qüvvələrinə istinadən verdiyi məlumata görə, böyük ehtimalla təyyarədəkilərin hamısı ölüb.
Misirin baş naziri Şərif İsmayıl Rusiyanın sərnişin təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
Ş. İsmayılın bəyanatında bildirilir ki, artıq Misir tərəfi qəzanın baş vermə səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb.
Hökumət rəhbəri hadisə ilə əlaqədar bütün xarici səfərlərini təxirə salıb.
Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxıb. Havaya qalxandan 23 dəqiqə sonra təyyarə radarlardan itib.
Təyyarədə 217 sərnişin və 7 heyət üzvü olub.