Dəhşətli istilər can aldı 141 ölü

Dəhşətli istilər can aldı  141 ölü

Pakistanda hökm sürən anomal istilər nəticəsində ölənlərin sayı 140 nəfəri keçib.

Azvision.az xəbər verir ki, ən çox ölənlərin sayı Kəraçi əyalətində qeydə alınıb. 

Əyalətin səhiyyə naziri Səid Maqneco bildirib ki, bütün xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Həkimlərə tibbi müəssisələri tərk etməyə qadağa qoyulub, xəstəxanaların dərmanlarla təchizatı gücləndirilib. Kəraçidə bu gün havanın temperaturu 45 dərəcəyə çatıb.

Qeyd edək ki, bu ayın əvvəlində qonşu dövlət olan Hindistanda anomal isti hava şəraiti hökm sürmüşdü. Həmin vaxt anamola istilər 2200 insanın ölümü ilə nəticələnmişdi.

Aktual.az

Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR