Dəhşətli hadisə: 2 ailə yasa batdı

Dəhşətli hadisə:   2 ailə yasa batdı

3 və 4 yaşlı uşaqlar ölüb

Bakı-Qazax magistralının Ağdaşdan keçən hissəsində dəhşətli yol qəzası baş verib.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, magistralın 281-ci kilometrliyində 1979-cu il təvəllüdlü Bayramov Tural Rafiq oğlunun idarə etdiyi "Gelly" və 1974-cü ildə anadan olmuş Səfərov Etibar Baxşəli oğlunun sürdüyü "Mercedes" toqquşub. Nəticədə "Gelly"də olan sərnişinlərdən 2011-ci il təvəllüdlü Bayramlı Hüseyn Vüsal oğlu ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.

Avtomobilin sürücüsü və sərnişinləri - 1982-ci il təvəllüdlü Mehriban Bayramova və 2012-ci ildə anadan olmuş Bayramlı Ayan Tural qızı isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq 3 yaşlı Ayanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzada ölən uşaqlar iki qardaşın övladları olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR