Hava zərbəsi nəticəsində 22 hərbçi həlak oldu

Hava zərbəsi nəticəsində       22 hərbçi həlak oldu

İraqın Anbar əyalətində güclü hava zərbəsi nəticəsində 22 yerli hərbçi həlak olub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, hərbçilər insidentin Ramadi şəhərinin ətrafında baş verdiyini bildiriblər. Məlumata görə, raket “İŞİD” terror qruplaşmasına qarşı mübarizə aparan beynəlxalq koalisiya qüvvələrinə məxsus təyyarədən buraxılıb. Koalisiyanın mətbuat katibi Tomas Gilleran isə, öz növbəsində, ittihamları təkzib edərək əyalət ərazisində endirilən yeganə hava zərbəsi nəticəsində heç bir itki olmadığını bildirib.  

 

Amerikalı hərbçilər isə əməliyyatın keçirildiyi ərazidə İraq Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin qeydə alındığını bildiriblər.  


Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR