Aktual.az musavat.com-a istinadən xəbər verir ki, Hindistanın şimalında baş verən qarışıqlıqlara görə, Dehli şəhərinin su təchizatı pozulub.
Şəhər hökuməti buna görə, bütün ümumtəhsil məktəblərini bağlamaq qərarı verib.
Məlumata görə, etirazçılar su təmizləmə sistemini və su nasoslarını sıradan çıxarıblar.
Bundan başqa etiraz edən şəxslər hökumət idarələrinə hücüm edib, dəmir yolu stansiyasını yandırıb və avtomobillərin hərəkətini dayandırıblar.
Qarışıqlıqda onlarla insan ölüb, 150-dən çox insan yaralanıb. Etirazçıların əsas tələbləri dövlət müəssələrində iş yerlərinin artırılması olub.
Xəbər 316 dəfə oxunub.