Dəfn müavinəti üzrə orta məbləğ artırılır

Dəfn müavinəti üzrə orta məbləğ artırılır

2026-cı ildə Azərbaycanda dəfn müavinətlərinə ayrılan xərclər 37,6 milyon manat təşkil edəcək.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilib.
Qeyd olunub ki, müavinət alanların sayının 40 min nəfərə yaxın, orta məbləğinin isə 944 manat olacağı gözlənilir.
Məlumata görə, bu artım son illərdə minimum əmək pensiyasının artırılması və sosial müavinət məbləğlərinin yenilənməsi ilə bağlıdır.
Belə ki, 2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlara ödənilən dəfn müavinəti 600 manata, vəfat etmiş əmək pensiyaçılarının ailəsinə ödənilən müavinət isə yaşa görə minimum pensiyanın 3 misli - 960 manata yüksəlib.
Hesabatda qeyd olunub ki, bu istiqamətdə artım əhalinin rifahının və sosial müdafiə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır və gələcək illərdə də bu tendensiyanın davam edəcəyi gözlənilir.
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR