Daxili orqanlarından 57 büküm heroin çıxdı

Daxili orqanlarından 57 büküm heroin çıxdı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın daxili orqanlarında (mədə və düz bağırsağında) 57 ədəd bükümdə, xalis çəkisi 131,10 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR