Davutoğlu “Fənərbağça“ və “Lokomotiv“ qarşılaşmasına rəy bildirdi

Davutoğlu “Fənərbağça“ və “Lokomotiv“ qarşılaşmasına rəy bildirdi
  • DÜNYA

Türkiyənin baş naziri Əhməd Davutoğlu Avropa liqasının 1/16 final mərhələsində “Fənərbağça” ilə “Lokomotiv Moskva” arasında keçiriləcək matça rəy bildirib. 

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, baş nazir bildirib ki, komandaların arasında keçiriləcək oyunun ölkələr arasında olan problemlərə aidiyyatı yoxdur. 

Əhməd Davutoğlu iki komandanın görüşünün gentlmen oyunu olacağına ümüd edir: "“Lokomotiv” bizim üçün yad komanda deyil. Meydanda qarşılaşacaq gənc oyunçuların indiki problemlərə aidiyyəti yoxdur. Türkiyə və Rusiya vətəndaşları Moskvanın və İstanbulun stadionlarını dolduracaq. Onlar bir biriləri ilə düşmən deyillər. Bu centlmenlərin qaşılaşması olacaq. Mən güman edirəm ki, bu matç iki ölkə arasında müsbət təsir görsətsin. Bu idman oyunu böhrandan çıxmağın səbəbi ola bilər” 

Bu gün ki püşk atma mərasimdə "Fənərbağça" ilə "Lokomotiv Moskva" klubları qarşılaşacaq. 1/16 final mərhələsinin ilk oyunları 18-25 fevralda keçiriləcək. 

Ötən ay Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. 

Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. 5 dəqiqə içində 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24” bunlara məhəl verməyib. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib. 

Aktual.az

Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR