Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropada miqrant böhranın dərinləşməsini Rusiya hərbçilərinin Suriyadakı fəaliyyəti ilə əlaqələndirib.
AzVision.az bu barədə `İnterfax`-a istinadən xəbər verir.
“Biz Egey dənizində ölən xanım və uşaqları görmək istəmirik. Biz rejimin qəddarlığı, terror təşkilatları və Rusiya aviazərbələrinin qurbanı olan şəxslərin Türkiyə, orada nisə Avropaya getməsini görmək istəmirik. Hazırda Türkiyədə 2,7 milyon qaçqın var. Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkədir”, - deyə Davudoğlu bəyan edib.
Daha sonra çıxışı zamanı Davudoğlu vurğulayıb ki, Türkiyə rəhbərliyi Suriyada Rusiya qoşunlarının dinc əhaliyə hücumu daxil olmaqla, vətəndaş müharibəsinin qurbanlarına yardım etmək məqsədilə gecə-gündüz çalışır.