“Bizim mövqeyimiz dəyişməyib”.
Rusiya və Türkiyə, hətta “Su-24” təyyarəsi Suriyada vurulduqdan sonra da bir-birinə ehtiyacı olan iki ölkədir.
Oxu.Az Rosbalta istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
“Bizim mövqeyimiz dəyişməyib. Türkiyə və Rusiya tarixən iki qonşu dövlətdir, Türkiyənin Rusiyaya, Rusiyanın da Türkiyəyə ehtiyacı var. Təyyarə ilə əlaqədar hadisə Rusiyaya qarşı yönəlməmişdi”, - onun sözlərini “Al Jazeera Turk” qəzeti sitat gətirib.
Baş nazir bildirib ki, Moskva və Ankara şəhərlərinin əvvəllər yaxşı münasibəti olub, türk tərəfi onları gələcəkdə də bərpa olunacağına ümid edir.
Aprelin sonunda Rusiya XİN rəhbəri Türkiyə hakimiyyətinin mövqeyi “yaxın perspektivdə ikitərəfli münasibətlərin yaxşılaşacağına ümid etmək imkanı vermir”.
Rusiya və Türkiyə münasibətləri 2015-ci ilin noyabr ayında Türkiyə qırıcısının Suriyada əməliyyatda iştirak edən “Su-24” bombardmançısını vurduqdan sonra korlanıb.