Davudoğlu: "Qazaxıstan ikinci vətənimdir"

Davudoğlu:
  • DÜNYA

Qazaxıstan Türkiyənin çox yaxın dostudur.


Aktual.az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə baş naziri Əhməd Davudoğlu söyləyib. Onun sözlərinə görə, Qazaxıstan Avrasiya materikinin coğrafi mərkəzidir:

"Mənim üçün ikinci vətən, əcdadlarımın vətəni Qazaxıstandır. Ümid edirəm ki, baş nazir vəzifəsində mən bundan sonra tez-tez ikinci vətənimə səfər edə biləcəm. Qazaxıstan Avrasiya materikinin coğrafi mərkəzidir və bizim çox yaxın dostumuzdur".

Qeyd edək ki, Davudoğlu Qazaxıstana bu gün səfər edib. O, səfəri çərçivəsində Qazaxıstan prezident Nursultan Nazarbayev, baş nazir Kərim Məsimovla görüşlər keçirəcək. Görüşlər zamanı tərəflər arasında energetika, tranzit məsələləri müzakirə olunacaq.

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR