Baş nazirdən maraqlı etiraf
Türkiyənin baş naziri Əhməd Davudoğlu "Star" nəşrinə maraqlı müsahibə verib.
O, İstanbulda liseydə təhsil aldığı dövrlərdən söz açıb. Davudoğlu bir dəfə oxuduğu şeirə görə sol fikirli sinif yoldaşları tərəfindən döyüldüyünü etiraf edib. Onun sözlərinə görə, o illərdə məktəb şagirdləri belə sol və sağ fikirlilər olmaqla, iki qrupa bölünürdülər.
Baş nazirin danışdığı əhvalat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. "Twitter"də Kazim Olmez adlı istifadəçi yazıb:
"Ola bilsin, şeiri pis ifa edib, buna görə də payını alıb".
Xatırladaq ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib.
İyulun 9-da prezident Ərdoğan 63-cü hökuməti qurmaq səlahiyyətini AKP lideri Əhməd Davudoğluna versə də, CHP və MHP ilə məsləhətləşmələrdən sonra koalisiya hökumətini qurmaq mümkün olmayıb.\olkeaz
Aktual.az