Davudoğlu: "Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir"

Davudoğlu:
  • DÜNYA

"Türkiyə Krımı Ukraynanın ayrılmaz tərkib hissəsi hesab edir".

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Ukraynada səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu həmkarı Arseni Yatsenyukla görüşdə deyib. "Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi bizim üçün təməl dəyərdir, ona görə biz Krımı Ukraynanın tərkib hissəsi sayırıq və Sovet İttifaqının dağılmasından sonra üzləşdiyi çətinliklərin həllində Ukraynanı dəstəkləyirik", - deyə Ə. Davudoğlu söyləyib.

Baş nazir Ukrayna ilə Türkiyə arasında azad ticarət zonasının yaradılması haqqında saziş imzalamağa hazır olduqlarını da bildirib: "Biz Ukrayna ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırıq".

Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR