Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın qızı Sümeyyə Ərdoğan iş adamı Səlcuk Bayraktarla 14 may tarixində nikah bağlayacaq.
Aktual.az modern.az-a istinadən bildirir ki, 6 min nəfərin iştirak edəcəyi nikah mərasimində cütlüyün nikah şahidi Türkiyənin baş naziri Əhməd Davudoğlu olacaq.
Bununla yanaşı, Ərdoğan Türkiyənin 11-ci prezidenti Abdulla Gülə telefonla zəng edərək, qızının nikah mərasiminə dəvət edib.