Pakistanın şimal-şərqində daşqınlar nəticəsində azı 12 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, daşqınlar Pəncab əyalətinin 3 bölgəsində qeydə alınıb.
Qeyd olunur ki, şiddətli yağıntılar daha bir neçə gün davam edəcək.
Bundan başqa, meteoroloqlar həftə sonu Pakistanın bu bölgəsində yeni siklonun keçəcəyi barədə xəbərdarlıq ediblər.
Aktual.az
Xəbər 378 dəfə oxunub.