Daşnaksütyun Paşinyanı hədələdi

Daşnaksütyun Paşinyanı hədələdi

Paşinyanın heç bir hüquqi əsası olmadan bizi arzuolunmaz şəxs hesab etməsi qəbuledilməzdir. Ermənistanın Baş naziri Nikol Paşinyanın çılğınlığını dayandırmağın vaxtı çatıb.
Aktual.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının üzvü, Fransa Erməniləri Təşkilatının koordinasiya şurasının həmsədri Murad Papazyan deyib.
"Paşinyan bizim Ermənistana daxil olmağımızı qadağan etməklə Ermənistan-diaspor münasibətlərini zəiflədir. Njde Qaraqavoryan Ermənistana girişi qadağan edilən dördüncü fəaldır. Paşinyan bu qərarları verməklə özünü avtoritar lider kimi təqdim edir. Bu, erməni xalqına daha çox nifaq gətirir. Ermənistan xalqı Paşinyana qarşı ayağa qalxıb ona yox deməlidir. Onun oyununun bitdiyini elan etməyin vaxtı gəldi”, - o bildirib.
Xəbər 201 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR