Daşların magik qüvvəsi nələrə qadirdir? - EHTİRAS, CƏSARƏT, UĞUR...

Daşların magik qüvvəsi nələrə qadirdir? - EHTİRAS, CƏSARƏT, UĞUR...

Müasir elm baxımından bahalı daşlar yalnız möhkəm dağ süxuru, cansız materiyadır. Amma bir neçə əsr sonra bəşəriyyətin təcrübəsi göstərdi ki, mineral və metallar nadir xüsusiyyətlərə malikdir. Ən cəsarətli fizik və biokimyaçılar deyir ki, elm tədricən ayurverdaların ("Yu" və "veda" "- uzun həyat bilgisi, elm həyatı, ya da alternativ və ənənəvi hind təbabəti növlərindən biridir) nəticələrinə gəlib çıxır. Çin təbabətində və qədim əfsanələrdə də insan orqanizminin yerin altından çıxarılan bahalı daşlarla qarşılıqlı fəaliyyətdə olduğu izah edilib.


Məsələn, qızıl və ya gümüş qabda xörək yemək əslində var-dövlət və zənginlik əlaməti deyil. Məsələ ondadır ki, bu metallar tamamilə real antibakterial xüsusiyyətlərə malikdir!

Daş-qaşların qadın gözəlliyini vurğuyalıb, ona estetik gözəllik verdiyini deməyə ehtiyac yoxdur. Biz bu yazıda oxucuları daşların magik qüvvəsi ilə tanış etmişik. Və bu qəribə xüsusiyyətlər zinət əşyalarının sahibləri üçün xoş bonus olacaq!

Publika.az daşların magik təsirləri haqqında maraqlı məlumatları tədim edir.

Avantyurin

Xassələri: Pis enerjini udur, firavanlıq gətirir və müdafiə duyğusu verir.

Dağ kristalı

Xassələri: Bu kvars Reykan sistemində enerji toplamaq üçün geniş istifadə olunur. Evin təmizlənməsi və enerji dəyişikliyi üçün xam mineralı mərkəzdə yerləşdirmək olar. Daimi cilalanma tələb edir.

Ametist

Xassələri: Onu müdriklik və aydınlıq (Stone of Sobriety) daşı adlandırırdılar. Ametist vedik təliminə görə, yeddinci çakranı fəallaşdırır, həmçinin istənilən təşəbbüslərə kömək edir, başağrısını sakitləşdirir, xroniki yuxusuzluğu aradan qaldırır.

Rubin

Xassələri: Bu daş ürəyə yaxşı təsir göstərir, xəstəliklərin müalicə zamanı kömək edir, qan təzyiqini normallaşdırır.

Xrizopaz

Xassələri:Yaşıl laqun daşı relaksasiya və meditasiyalar üçün təsirlidir. Ümid rəmzidir, ürək və doğuş problemlərinin həllində kömək edir.

Pirit

Xassələri:Bu daşı qoruyucu kimi hər gün daşımaq olar. O, stressi qovur və infeksiyalardan müdafiə edir, əmin-amanlıq duyğusu verir və xoş ovqat bəxş edir.

Ay daşı

Xassələri:Qadınlar onu sevir, o ağrını azaldır. Belə hesab edilir ki, ay daşı axşamlar aydan enerji yığır, bunun üçün onu sadəcə pəncərə kənarında saxlamaq kifayətdir.

Lazurit

Xassələri:Zehni təmizləyir, dialoq aparmağa kömək edir və bumeranqla gələn mənfi enerjini qaytarır. Həmçinin immuniteti gücləndirir, başağrısı, əsəb sistemini və digər növ ağrıları sakitləşdirir.

Çəhrayı turmalin

Xassələri:Trumalinin hər rəngi unikal imkanlara malikdir. Qarpız rəngi emosiyaların öhdəsindən gəlməyə kömək edir, sanki enerji yükünü balanslaşdırır. Əgər siz ondan daha böyük şeylər - sevgidə özünüzə uğur cəlb etmək və ya münaqişənin həllinə kömək etməsi istəyirsinizsə, onda mütəxəssislər bu daşı nümayişə çıxartmağı məsləhət görmürlər, gizli bir yerə qoyun.

Firuzə

Xassələri:Hindular və şimalı amerikalılar bu daşı göylə yer arasında körpü hesab edirdilər. Onun müsbət təsirlərinə, bəd-nəzərdən qorumasına Çin ənənələrində də rast gəlmək olar. Firuzəni pis vərdişlərdən xilas olmağa kömək edəcək.

Labradorit

Xassələri: Boz-mavi daş duyğuları mükəmməl şəkildə vurğulayır və bəsirət gözünü açır. O həmçinin pis meyl və vərdişlərdən xilas olmağa kömək edir.

Zümrüd

Xassələri: Daşın rəngi ürək çakraları və canlanma ilə bağlıdır. Qaraciyərin işini asanlaşdırmaq üçün tibbdə tətbiq edilir.

Qranata daşı

Xassələri: Daşın parlaq, zəngin-qırmızı rəngi sevinc gətirir, depressiya ilə vuruşur, cəsarət və ehtirası artırır.

Oniks

Xassələri: Mənfi enerjinin müsbətə çevrilməsinə kömək edir, güclü qoruyucudur.

 


Xəbər 856 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR