Daşkəsəndə sel: istinad divarları dağıldı

Daşkəsəndə sel: istinad divarları dağıldı

Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar qeydə alınıb.
Aktual.az xəbər verir ki, güclü dolu və leysan yağışları qısa müddət ərzində şəhərdə əksər istinad divarlarını dağıdıb.
Həmçinin təbiət hadisəsi nəticəsində bəzi elektrik və rabitə xətləri qırılıb, yol infrastrukturuna zərər dəyib.
Bundan əlavə, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub, rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə və təsərrüfatlara ciddi ziyan vurub.
Hazırda şəhərin mərkəzi küçəsindən güclü sel keçir.
Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Hazırda fəsadların aradan qaldırılması ilə bağlı həyata keçirilən işlər davam etdirilir.
Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR