Daşkəsən rayonunda evdə iki meyit tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, rayon mərkəzinin İsmət Qayıbov küçəsində mənzildə meyiti tapılan şəxslərin Şəmkir rayonu Təzəkənd kənd sakini, 1977-ci il təvəllüdlü Əsgərova Ayşən Nurəddin qızı və həmin rayonun Çaparlı kənd sakini, 1987-ci il təvəllüdlü Cəfərov Orxan Nəriman oğlu olduğu müəyyənləşib.
Onların dəm qazından boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 635 dəfə oxunub.