“Darvin bankası”ndakı quyu istismara verildi

“Darvin bankası”ndakı quyu istismara verildi

SOCAR məlumat yaydı.

“Darvin bankası” yatağındakı 670 nömrəli meydançadan 663 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib.

Aktual.az SOCAR-ın saytına istinadən məlumat verir ki, Quyu Qirməki Lay Dəstəsindən, 1445-1364 metr dərinlik intervalından sutkalıq təxminən 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Aktual.az

Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR