Tərcümə Mərkəzi "İşlək orfoqrafiya lüğəti" üzərində apardığı iş istiqamətində yenidən "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan yüzlərlə lazımsız sözləri ayıraraq müəyyənləşdirib.
Aktual.az Mərkəzə istinadən xəbər verir ki, həmin yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılan, bəzən iki-üç şəkildə verilən ifadələrin, eləcə də sahə lüğətlərinə aid terminlərin, dərman, kimyəvi element adlarının bir qismini təqdim edir.
Siyahıda daramb-daram, daram-durum, daramp-durump, daraşdırtma, daraşdırtmaq, darbazı, dar-darkeş,dardöşlülük, darqanad, darqanadlı, darqələm, darsağrı, darsağrılı, darsağrılıq, darsağrılılıq, daşaxor, dazı-dazı, dazılama, dazılamaq, dazmaq, dəbəli, dəbəlilik, dədəsiniyanma, dəfnolunmaz, dəfnolunmazlıq, dəhrəburunluluq, dəliqarın, dəlmə-surətçıxarma, dəmbərcəklənmək, dəməklik, dəmələklik, dəndənəsiz, dən-düş, dənilik, dənizaşırılı, dənizaşırılıq, dənizcik, dəsmalvarılıq, dəstəvarılıq, dəst-paça, dəyərəsığmaz, dəyərəsığmazlıq, dəyməağlarlıq, dəyməaşar, depeşa, dəbbəkarlıq, dəbbəkarolma, dəfəatla, dəhşətnaklıq, ədəm, ədəmgah, ədəmli, ədəmsiz, ədəsə, ədim, ədl, ədlli, ədna, ədu, əfkar, əfkari-ümumi, əfkari-ümumiyyə, əflak, ekspirasiya, ekspirator, ekstemum, ekstraktiv, ekstraktivlik, ekstruder, ektima, ektogenez, ekzogen, eqofuturist, eqofuturizm, eqopsixologiya və s. yüzlərlə belə sözlər yer alıb.