"Ermənistan bütün vasitələrlə danışıqlar prosesini pozmağa cəhd göstərir".
Aktual.az report-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
"Çünki danışıqlar status-kvonun dəyişdirilməsinə gətirib çıxarır. Bütün beynəlxalq təşkilatların status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatları var. Bunu pozmaq, dağıtmaq üçün hər cür vasitəyə əl atırlar. Danışıqları pozan yalnız Ermənistandır", - deyə S.Seyidov vurğulayıb.