Danimarkada məktəblilər şirin necə yarıldığını müşahidə ediblər

Danimarkada məktəblilər şirin necə yarıldığını müşahidə ediblər
  • DÜNYA

“Heyvanı insanlaşdırmamaq vacibdir”.

Danimarkanın Odens şəhərinin zooparkında bir yaşlı dişi şirin yarılması prosesi aparılıb, heyvan bu növün artıq olması səbəbindən uyudulub, The Daily Mail məlumat yayıb.

Odens Zoo-nun rəhbərliyindən bildirilənə görə, yarılma maarifləndirmə məqsədi ilə aparılıb, bu səbəbdən də prosesdə onlarla yerli məktəbli iştirak edib.  

Tədbirdə olan uşaqların şok olduqları və heyvanın daxili orqanları çıxarılarkən gələn qoxudan burunları tutulduğu bildirilir.

Doqquz ay öncə uyudulan şirin yarılması xüsusi olaraq məktəblilərin tətil vaxtına salınıb. Zooparkın rəhbərinin sözlərinə görə, bu, çox maarifləndirici prosesdir. Yarılana qədər şir dondurulmuşdu.

“Heyvanı insanlaşdırmamaq vacibdir, onlarla insan kimi davranmamaq vacibdir”, - Sorensen vurğulayıb.

Xəbər verilib ki, Danimarka cəmiyyəti şirin uşaqların gözü önündə yarılmasına normal yanaşıb, amma ingilis dilli KİV-də bu tədbirə kritik baxışla yanaşıblar.

Şirin tədris məqsədilə istifadə ediləcəyi daha öncə bildirilmişdi.\oxuaz

Aktual.az

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR