Braziliya millisinin və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıb.
Aktual.az "Marca"ya istinadən xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi 1 milyon avronu toplaya bilib və onu girov kimi ödəyib.
Martın 20-də Barselona məhkəməsi Alveşin girov müqabilində azadlığa buraxılmasına qərar verib.
Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüzdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilmişdi.
Xəbər 254 dəfə oxunub.