“Dağlıq Qarabağda baş verənlər göstərdi ki...” - “Defence News” yazır

“Dağlıq Qarabağda baş verənlər göstərdi ki...” - “Defence News” yazır

Əvvəlcə Liviyada Türkiyə pilotsuz təyyarəsinin Rusiyanın "Pantsir” hava hücumundan müdafiə kompleksini məhv etdiyinə dair video yayıldı. Sonra Dağlıq Qarabağda yenə də Rusiyanın veteran hava hücumundan müdafiə kompleksi  S-300 İsrail istehsalı olan "Harop” kamikadze-dronu ilə vuruldu. Dağlıq Qarabağdakı və Liviyadakı ötən münaqişələr göstərdi ki, pilotsuz döyüş platformaları getdikcə daha çox onların məhv edilməsi üçün nəzərdə tutulan  yerüstü sistemlərin öhdəsindən gəldiyini, ardınca isə əlçatan vəziyyətə düşmüş qoşunlara hücumun yolunu açdığını göstərir.

Bu fikirlər "Defence News” nəşrinin pilotsuz sistemlərin müasir müharibələrdəki roluna dair məqaləsindən götürülüb. Nəşr yazır ki, dronlarla hava hücumundan müdafiə sistemləri arasında qüvvələr balansı yaxın gələcəkdə qlobal müharibələrə açar olacaq.

"Liviya, Suriya və Dağlıq Qarabağ bizə bunu göstərdi ki, əgər mövcud hərbi qüvvələr öz hava məkanını etibarlı müdafiə edə bilməsə PUA-ların genişmiqyaslı istifadəsi həyatı olduqca təhlükəli edəcək”,-Londondan Royal United Service insitutunun elmi əməkdaşı Castin Bronk bildirib.

Nəşr xatırladır ki, Türkiyənin "Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin İsrail istehsalı olan kamikadze-dronlarla birlikdə, effektiv şəkildə tətbiq edilməsi Azərbaycan ordusuna azı 134 erməni tankını məhv etməyə imkan verib. Bu, Azərbaycan ordusunun vurulan tanklarının sayından azı 6 dəfə çoxdur.
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR