“Dağlıq Qarabağ muxtar respublika ola bilər” - İlham Əliyev

“Dağlıq Qarabağ muxtar respublika ola bilər” - İlham Əliyev

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə kompromis mövcuddur, region muxtar respublika ola bilər”. 

Aktual.az  xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev "Sputnik”ə müsahibəsində deyib.

İlham Əliyev Dağlıq Qarabağla bağlı güzəşt ehtimalından danışıb:

"Əlverişli güzəşt mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünüidarəetmənin, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsinin təmin edilməsi, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafındakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında sülh şəraitində qarşılıqlı əlaqə - münaqişənin həlli bizə belə görünür”

Eyni zamanda, İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə dair məsələlərdə güzəşt mümkün deyil:

"Lakin yerli özünüidarəetmə məsələləri üzrə güzəşt ola bilər. Gələcəkdə isə, razılığa gələ bilsək, bu, muxtar respublika ola bilər”.
 
Aktual.az 
Xəbər 767 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR