Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi qaldırılacaq NATO PA sessiyasında

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi qaldırılacaq  NATO PA sessiyasında

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Budapeştdə səfərdədir. 

Aktual.az xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, nümayəndə heyəti mayın 16-da Budapeştdə start götürəcək NATO Parlament Assambleyasının növbəti sessiyanın iclasında iştirak edəcək. 

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin üzvləri Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər.
Azərbaycanlı parlamentarlar üç gün davam edəcək sessiyanın iclaslarında regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər qaldırmaq niyyətindədirlər.

Aktual.az

Xəbər 863 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR