“Dalğıclar 3912 nəfəri xilas edib” – Kəmaləddin Heydərov

“Dalğıclar 3912 nəfəri xilas edib”   – Kəmaləddin Heydərov

10 il ərzində baş verən yanğınlar zamanı 231-i uşaq, 78-i yataq xəstəsi, 37-si əlil olmaqla 1168 nəfər həyat üçün real təhlükədən xilas edilib, 4433 nəfər təhlükəli ərazilərdən təxliyə olunub.


Aktual.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yazıb

Məqalədə bildirilir ki, baş vermiş yanğınların operativ söndürülməsi nəticəsində 14 338 ədəd yaşayış və digər təyinatlı tikili, o cümlədən 2 629 057 kv.m. tikili sahəsi, təqribən 105 min hektara yaxın meşə sahəsi, 862 min hektara yaxın taxıl zəmisi, 16 min başa yaxın mal-qara yanğından mühafizə olunub.

“Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 6436 nəfər zərərçəkmiş xilas edilib, 952 nəfər zərərçəkmişə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib, 3818 nəfərin hadisə yerindən təxliyəsi həyata keçirilib. Dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 2466 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 1446 nəfər olmaqla cəmi 3912 nəfər xilas edilib. Görülən tədbirlər sayəsində son 5 ildə nəzarət olunan çimərlik ərazilərində suda boğulma halı baş verməyib” - deyə, məqalədə qeyd olunub. 

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR