Şöbəyə 14 nəfər gətirilib.
Rusiyada qadağan edilmiş “Nurçular” dini təşkilatının üzvlərinin həbs edilməsi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində həbs olunanlar arasında azərbaycanlı da var.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Dağıstanın bir sıra şəhər və rayonlarında aparılan əməliyyatlar nəticəsində bölməyə 14 nəfər gətirilib, amma onlardan yalnız ikisi saxlanılıb. Onların həbs edilməsi məsələsi həll edilir”, - agentliyin həmsöhbəti bildirib.
Gətirilənlər arasında, həmçinin hazırda Rusiya vətəndaşı almış əslən Azərbaycandan olan bir nəfər olub, mənbə bildirib.
//Aktual.az