Dağıstanda antiterror əməliyyatı başa çatdı

Dağıstanda antiterror əməliyyatı başa çatdı

Mahaçqala və Dərbənddə keçirilən antiterror əməliyyatı başa çatıb.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsindən məlumat verilib.
"İyunun 24-də saat 08:15-də Dağıstan Respublikasının Mahaçqala və Dərbənd şəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları nəticəsində 15-dən çox polis əməkdaşı öldürülüb. Antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.
Xəbər 161 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR