Dağıstanda pnevmaniyadan vəfat etmiş 5 nəfərdə "donuz qripi" - A qrupu virusu (H1N1) aşkar edilib.
Aktual.az-ın report-a istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zarina Aqmadova xəbər verib.
"Respublikada pnevmaniyadan vəfat etmiş 5 nəfərdə H1N1 virusu aşkarlanıb. Onlardan biri uşaqdir. Dekabrın 1-dən Dağıstanda 68 laborator təsdiqini tapmış "donuz qripi" virusuna yoluxma faktı qeydə alınıb. Pasiyentlər intensiv müalicə kursu keçir. Gündəlik monitorinqlərin nəticələri Dağıstan Səhiyyə Nazirliyinin xüsusi qərargahında müzakirə edilir", - deyə Zarina Aqmadova qeyd edib.
Aktual.az