Bu ay beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Rusiya və Lüksemburqla qarşılaşacaq Portuqaliya millisinin heyəti açıqlanıb.
Aktual.az goal.az saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş qarşıdakı oyunlar üçün 23 futbolçuya dəvət göndərib.
Lakin Santuş Madrid "Real"ı və Portuqaliya millisinin aparıcı futbolçusu Kriştianu Ronaldunu yoldaşlıq oyunları üçün yığmaya çağırmağı lazım bilməyib.
Qeyd edək ki, Portuqaliya millisi noyabrın 14-də Rusiya, 3 gün sonra isə Lüksemburqla qarşılaşacaq.
Qapıçılar: Rui Patrisio ("Sporting"), Antoni Lopeş ("Lyon", Fransa), Eduardu ("Dinamo", Xorvatiya)
Müdafiəçilər: Sedrik ("Southampton", İngiltərə), Vieyrinya ("Wolfsburg", Almaniya), Pepe ("Real", Madrid, İspaniya), Bruno Alveş ("Fenerbahçe", Türkiyə), Joze Fonte ("Southampton", İngiltərə), Luiş Netu ("Zenit", Rusiya), Elizeu ("Benfica"), Rafael Herreyru ("Lorient", Fransa)
Yarımmüdafiəçilər:Villiam Karvalyu ("Sporting"), Danilu ("Porto"), Joau Moutinyo ("Monaco", Fransa), Joau Mariu ("Sporting"), Andre Qomeş ("Valencia", İspaniya), Andre ("Porto"), Bernardu Silva ("Monaco", Fransa), Luiş Nani ("Fenerbahçe", Türkiyə)
Hücumçular: Lukas Joau ("Sheffield Wednesday", İngiltərə), Nelson Oliveyra ("Nottingham Forest", İngiltərə), Qonsalo Quedeş ("Benfica"), Rikardu Pereyra ("Nice", Fransa)