Daha devalyasiya olmayacaq - TƏCİLİ

Daha devalyasiya olmayacaq  - TƏCİLİ

Bakıda" Fitch" beynəlxalq reytinq agentliyin maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitri Vasilyev Azərbaycan üzrə beşinci illik görüşü çərçivəsində jurnalistlərə deyib ki, Azərbaycanda milli valyutanın məzənnəsi yaxınmüddətli perspektivdə, yəni 6-12 ay ərzində sabit qalacaq.

Onun sözlərinə görə, bu məsələ neftin qiymətlərinin aşağı səviyyədə nə qədər çox qalmasından, hökumətin buna cavabından, yəni neftin ucuz qiymətlərə cavab olaraq hansı addımlar atacağından çox şey asılıdır.

Bununla bağlı vəziyyəti Milli.Az-a şərh edən maliyyə məsələləri üzrə iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, manatın məzənnəsinin 1 il ərzində dəyişməyəcəyi ilə bağlı birmənalı fikir demək olmaz. Çünki hər şey kənar və ölkədaxili proseslərdən asılı olacaq:

"Manatın məzənnəsinin sabitləşdiyini söyləmək, hələ ki, tezdir. Çünki bunun üçün iqtisadi zəmin yoxdur. Hələlik manata daha çox inzibati metodlar hesabına dəstək verilir. Hazırda bank sektorunda dollarlaşma, demək olar ki, bitib. Banklar dolları iqtisadiyyata yönəldə bilmir. Manat vermək üçünsə milli pul qıtlığı mövcuddur. Mərkəzi Bank manat kütləsini xeyli məhdudlaşdırıb və bunun hesabına dollara olan tələbatı məhdudlaşdırıb. İndi vergi ödənişi dövrü olduğundan manata ehtiyac artıb.

Bunun səbəbidir ki, aprel başlayandan manat əhəmiyyətli dərəcədə möhkəmlənir. Aprelin sonlarına doğru isə manat nisbətən zəifləyəcək. Ümumiyyətlə, ilin birinci yarısı devalvasiya ehtimalı yox dərəcəsindədir. İkinci yarısında isə manat təzyiq altında olacaq. Əlbəttə, bütün bunlar neftin indiki səviyyəsinə uyğun hesablanıb. Neft əhəmiyyətli dərəcədə bahalaşarsa, bu, manata əlavə dəstək verəcək. Hər şey dünya bazarında neftin qiymətindən və hökumətin atacağı addımlardan asılı olacaq".

Ekspertin fikrincə, Mərkəzi Bank böyük ehtimalla manatı 1.50-1.65 intervalında "üzdürməyə" çalışacaq.

// Aktual.az

Xəbər 15738 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR