Daha çox kitab oxumaq üçün 5 sadə üsul - FOTO

Daha çox kitab oxumaq üçün 5 sadə üsul - FOTO

Aktual.az  publika.az-a istinadən "Oxu sənəti" kitabının müəllifi Deymonqa Yanqanın çox kitab oxumaq üçün faydalı məsləhətlərini təqdim edir:

- Ədəbiyyatın artıq bir neçə min il yaşı var. Bu vaxt ərzində bir çox maraqlı kitablar yazılıb. Ona görə eyni şeyi bir neçə dəfə oxumayın. Məsələn, XVIII əsrə aid olan ingilis romanını, yaxud Hindistanın və Çinin antik dövrlərindən bəhs edən əsərləri oxuyun.

- Monumental əsərlərin çətin dili əvvəlcə darıxdırıcı gələ bilər. Amma əksər halda belə əsərlər insan hisslərinin ən parlaq portretlərini çəkə bilir. Sürətinizi aşağı salaraq detallara önəm verin.

- Kitabları sonraya saxlamağa çəkinməyin. Əlbəttə kitabı bir nəfəsə oxumaq yaxşıdır. Yox əgər bir nəfəsə oxuya bilmirsinizsə, özünüzə əziyyət verməyin. Bəzən kitabdan həzz almaq üçün onu bir müddət "dəmə qoymaq" lazımdır.

- Biz çox vaxt kitab oxumaq üçün təkliyi seçirik. Ancaq müzakirələr bu prosesi daha canlı edir. Fikirlərini bəyəndiyiniz insanlarla birgə toplaşaraq oxuduğunuz əsərlər haqqında düşüncələrinizi bölüşün. "Kitab klubundan" olan dostlarınız oxuduqlarınıza başqa bucaqdan baxmağınıza yardımçı olacaq.

- Özünüz yazmağa cəhd edin. Yazdıqlarınızı çapa vermək mütləq deyil və ya buna görə qonorar alacağınızı düşünmək lazım deyil. Bu işin incəliklərini bilməyiniz müəllifin əsərini daha yaxşı başa düşməyinizə köməklik göstərəcək.
Daha çox kitab oxumaq üçün 5 sadə üsul - FOTO
 
Daha çox kitab oxumaq üçün 5 sadə üsul - FOTO
 
Daha çox kitab oxumaq üçün 5 sadə üsul - FOTO
 
Daha çox kitab oxumaq üçün 5 sadə üsul - FOTO
 
Daha çox kitab oxumaq üçün 5 sadə üsul - FOTO
 
Daha çox kitab oxumaq üçün 5 sadə üsul - FOTO
Xəbər 1355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR