Daha bir yol bağlandı

Daha bir yol bağlandı

“Formula 1” yarışı ilə əlaqədar Bakıda daha bir yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, “Formula 1” yarışı ilə bağlı hazırlıq işləri çərçivəsində dekabr ayının 24-dən etibarən asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektində (Hökumət evinin qarşısı) yolun 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb. Qeyd olunan təmir işlərinin dekabrın 28-də yekunlaşacağı gözlənilir.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Qeyd edək ki, Avropa Qran Pri-sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinə daxil olan mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR