Daha bir vergi işçisinin adı vurulacağı ilə bağlı məlumatlar gəzir
Son aylar MTN işi ilə bağlı qalmaqallı həbslər və başqa-başqa nazirliklərdə yüksək vəzifə tutan şəxslərin işindən uzaqlaşdırılması ölkə gündəmini zəbt etməkdədir. Mətbuatda adı “MTN işi” kimi prosesdə bir çox vəzifəli şəxslərin hələdə bu dəstəylə bağlı olub olmamaları ilə bağlı araşdırmanın və istintaqın getdiyi bildirilir.
Aktual.az 7News.az-a istinadən xəbər verir ki, özəl mənbələrdən daxil olan məlumata görə “MTN işi” ilə bağlı araşdırmalarda Vergilər nazirliyinin İri Vergi ödəyiciləri ilə İş üzrə Departamentın rəisi müavini Rəcəb Babaşovunda adı keçir. Belə ki, bir noyabr ayında MTN işinə görə həbs olunan Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədovdan sonra Rəcəb Babaşovunda adı bu siyahıda var. İnformasiya mənbəmiz iddia edir ki, Rəcəb Babaşov Vidadi Məmmədovla yaxın münasibətlərə malik bir şəxs olub və qurumda məhz onun köməkliyi ilə möhkəmlənib. Qeyd edək ki, Vidadi Məmmədov Vergilər nazirliyində sabiq MTN rəhbərliyinin adamı tanınırdı və nazirliyin həbs olunan Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi general-mayor Sübahir Qurbanovla qudadırlar. Rəcəb Babaşovla bağlı məlumat verən mənbə bildirir ki, rəis müavini Vidadi Məmmədova və MTN-nin rəhbərliyində təmsil olunan şəxslərə arxalanaraq xeyli sayda iş adamını, əsasəndə MMC rəhbərlərini uzun müddət soymaqla məşğul olub. Rəis müavini əldə etdiyi qanunsuz vəsaitləri isə Vidadi Məmmədovla bölüşməklə bərabər həmdə ölkə xaricində böyük biznes sahəsi yaradıb.İddiaya görə Rəcəb Babaşovun hazırda Almaniyada, Türkiyədə, Belarusda böyük biznes sahələri var. Bundan başqa Saatlı Sabirabad rayonunda fəaliyyət göstərən yüzlərlə sahibkara “himayədarlıq” edən bu şəxs həmin sahibkarların dövlətə ödəyəcəkləri külli miqdarda vergini özü alaraq mənimsəyib. Mənbəmiz Rəəcb Babaşovun ağıla gəlməz bir oliqarxa çevrlidiyini və külli miqdarda sərvətə sahib olduğunu bildirdi.Onun Sabirabad rayon Qarallar kəndində bir neçə milyonluq villası, Bayılda Aran restoranı, Aran kafesi, xeyli sayda avtoyuma xidmətləri və sonu 077 ilə birtən 10 yaxın bahalı aftomobillərinin olduğu deyilir. Bundan başqa Sabirabad və Saatlı rayonları arasında 600 hektar topraq sahəsi, iri qoyunçuluq təsərrüfatı, balıqçılıq vətəgəsi və qardaşının adına olan böyük tikinti matreallaır bazası var. 7Nyus.az-ı bilgiləndirən mənbəmiz qeyd edir ki, “artıq Rəcəb Babaşovun keçmişdəki cinayətləri, qanunsuzluqlarının araşdırıldığı və ortaya ciddi faktların çıxacağı çoxda uzaqda deyil”. Əgər bu belə olmasaydı rəis müavinin ölkədən çıxışına qadağa qoyulmazdı.İddialara görə MTN olayı baş verməmişdən bir neçə gün əvvəl Almaniyaya müalicəyə gedən Rəcəb babaşov sonradan geri qayıtmaq məcburiyyətində qalıb. Adının MTN olaylarında çəkilməsinin qarşısını müxtəlif vasitələrlə almağı bacrana R.Babaşovun bu gün vəziyyətinin o qədərdə yaxşı olmadığı və gəzən söhbətlərə görə yaxınlarda vəzifəsindən alınacağı ilə bağlı informasiyalar dolaşır.
7News.az Rəcəb Babaşovla əlaqə saxlamaq istəsə də bu mümkün olmamışdır.