Bakı Dövlət Universitetinin Elmi Şurasının bu gün keçirilən iclasında alt qruplarda təhsil alan tələbələrin ödənişdən azad olunması barədə yekdil qərar qəbul edilib.
BDU-nun mətbuat xidmətindən verilən məlumata görə, iclasda 2016-cı ilin fevral ayından başlayaraq normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqqının BDU-nun daxili imkanları hesabına ödənilməsi məsələsi geniş müzakirə edilib.
Müzakirələr zamanı çıxış edən alimlər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin bütün qurumların daha da səmərəli işləməsi, təşəbbüskarlığı, insanlar üçün bütün şəraiti yaratması haqda olan tapşırıqlarını əsas götürüblər.
Sonda isə Elmi Şura üzvləri alt qruplarda təhsil alan tələbələrin ödənişdən azad olunması barədə yekdil qərar qəbul ediblər.