Daha bir təyyarə qəzası: 68 nəfər itkin düşdü

Daha bir təyyarə qəzası:   68 nəfər  itkin düşdü

Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Paris-Qahirə aviareysini yerinə yetirən zaman radarlardan itib.

Azvision.az “RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Misirin "Youm7" xəbər portalı məlumat yayıb.


Məlumata əsasən təyyarənin göyərtəsində 58 sərnişin və 10 heyət üzvü olub.

"MS804" reysi mayın "Şarl-de-Qoll" hava limanından 18-i Paris vaxtı ilə 23:09-da uçub.

"Egyptair" aviaşirkətindəki mənbələr iddia edirlər ki, təyyarə Aralıq dənizinə düşüb", — deyə məlumatda bildirilir.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR