Daha bir polis rəisi vəzifəsindən azad edildi

Daha bir polis rəisi vəzifəsindən azad edildi

Qazaxın polis rəisi vəzifəsindən azad edilib.

Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Qazax rayon Polis şöbəsinin rəisi, polis polkovniki Zöhrab İsmayılov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat aparılmayıb.

Nazirin digər əmri ilə Z.İsmayılov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Göyçay regional şöbəsinə rəis göndərilib.

Xəbər 798 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR