Qırx gün öncə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi bu gün Tovuzun Aşağı Mülkü kəndində dəfn edilib.
Aktual.az Region TV-yə istinadən xəbər verir ki, 58 yaşlı Mübariz Qasımovun dəfnində yaxınları, SOCAR-ın və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
3 övlad atası olan neftçi 12 ildən artıq mexanik vəzifəsində çalışıb.
Anası Müşkünaz Qasımova övladının hadisə baş verməzdən 1 həftə əvvəl kəndə gələrək ona baş çəkdiyini müəyyən planları olduğunu bildirib. Son dəfə isə o, anası ilə danışaraq dənizdə güclü tufan olduğunu deyib.
Xatırladaq ki, neftçinin cəsədi Xəzər dənizinin Türkmənistan sektorundan tapılaraq ailəsinə təhvil verilib.