Daha bir neçə ölkədəki Azərbaycan diasporları anti-fransız aksiyalara hazırlaşır

Daha bir neçə ölkədəki Azərbaycan diasporları anti-fransız aksiyalara hazırlaşır

Bir sıra ölkələrdəki Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının anti-Azərbaycan qətnamə layihəsinə qarşı aksiyalara hazırlaşırlar. Bu hadqa 20 oktyabr tarixində Azfront-a məlumat verilib.

Oktyabrın 11-də fransız Mesopinions.com petisiya saytında Azərbaycan xalqı adından Fransa Senatına və xalqına müraciət yerləşdirilib. Müəlliflər Azərbaycanın müxtəlif şəhərlərindən olan 10 sıravi vətəndaşdır. Bu təşəbbüs qrupunun rəhbəri 2020-ci ilin payızında Ermənistan Silahlı Qüvvələri tərəfindən kütləvi raket hücumlarına məruz qalmış Gəncə şəhərinin sakini, 52 yaşlı ictimai fəal Kubra Ələkbərovadır.

Petisiya müəllifləri fransızlara müraciət edərək vurğulayıblar: "Qətnamə layihəsi Ermənistan-Azərbaycan münaqişəsini tamamilə birtərəfli və qərəzli nöqteyi-nəzərdən təqdim edir. Müəlliflər münaqişənin sadəcə bir tərəfinin – erməni tərəfinin maraqlarını müdafiə edirlər. Onlar digər tərəfin – milyonlarla sıravi azərbaycanlının acı hissinə, yaxınlarının itkilərinə, qurbanlarına və istəklərinə tamamilə göz yumurlar, sadəcə bizi günahkar bilirlər. Bu şəkildə bir millətə üstünlük vermək, digərini isə diskriminasiya etmək və millətini kəskin şəkildə qınamaq – etnik dözümsüzlüyün və irqçiliyin ictimai nümayişidir!”

Qeyd edək ki, oktyabrın 15-də bu qətnamə layihəsinə qarşı Fransanın Bakıdakı səfirliyi qarşısında, 19-da isə Moskvadakı Fransa səfirliyi qarşısında etiraz aksiyaları keçirilib.

Petisiyanın Azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq


Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR