Daha bir məktəbdə hicab qalmaqalı

Daha bir məktəbdə hicab qalmaqalı

Bakının Bayıl qəsəbəsində yerləşən 49 saylı məktəb-liseyində şagirdlərin hicabla məktəbə getməsi ilə bağlı problem yaşanıb. 

Aktual.az azadxeber-ə istinadən bildirir ki, valideyn Vüsalə Yusifovanın sözlərinə görə, direktor hicaba qadağa qoyduğunu etiraf edir və məktəbin onun olduğunu  bildirərək qanunları da özü bildiyi kimi icra etdiyini deyir.

Məsələyə aydınlıq gətirmək üçün məktəbin direktoru Təhminə Əsədovanın otağına yollandıq.

Hicab problemi ilə bağlı suallara cavab verməyən direktor hicabın məktəbli formasına aid olmadığını bildirdi.

Təhsil Nazirliyinin rəsmisi Əhliyyət Adıgözəlov və Bakı şəhər üzrə təhsil idarəsinin rəsmisi Məmmədəli adlı şəxs Aydanın valideynlərinə deyib ki, övladları  məktəbə hicabla gedə bilər. Rəsmilərin sözlərinə görə, bununla bağlı heç bir problem yoxdur. 

Xəbər 749 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR