Şənbə günü Kamerunun şimalında törədilən terror aktı nəticəsində azı 17 nəfər həlak olub.
Bu barədə məlumatı Sinxua agentliyi yayıb.
Aktual.az AzVision.az-a istinadla xəbər verir ki, hadisə terrorçu-kamikadze tərəfindən törədilib. Daha bir neçə nəfərin yaralandığı bildirilir.
Hələlik insidentin digər təfərrüatları barədə məlumat verilmir.