Qırğızıstan prezidenti Almazbek Atambayev Respublikanın parlament idarəetmə sisteminə tam keçməsi üçün Konstitutsiya referendumu keçirilməsinin vacib olduğunu bəyan edib.
Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.
Onun sözlərinə görə, hazırkı Konstitutsiya sabiq prezident Kurmanbek Bakıyevin dövründə olduğu kimi hakimiyyətin bir ailənin üzvlərinin əlində cəmləşməsi imkanını istisna etmir: “Prezidentin səlahiyyətlərini azaltmaq və parlament idarəetmə sisteminə keçmək lazımdır”, - deyə Atambayev yeni parlament və Nazirlər Kabinetində çıxışı zamanı bildirib.
Atambayev qeyd edib ki, 2017-ci ci ildə ölkədə parlament seçkiləri keçiriləcək və xəbərdarlıq edib ki, seçicilər ölkə prezidentliyinə namizədin “şirin vədləri və pullarına” aldana bilərlər.