Daha bir ölkə NATO-ya qəbul olunub

Daha bir ölkə NATO-ya qəbul olunub
  • DÜNYA

NATO ölkələrinin xarici işlər nazirləri Monteneqronun alyansa qəbulunu təsdiqləyiblər.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, NATO baş katibi Yens Stoltenberq bu münasibətlə Monteneqronu təbrik edərək bunu çox gözəl birliyin başlanğıcı kimi dəyərləndirib.

Qeyd edək ki, Monteneqro NATO-nun 29-cu üzvü olmaq şansı qazanıb. Ölkənin alyansa qəbulu proseduru 1,5 il çəkə bilər. Rusiya Monteneqronun NATO-ya üzvlüyü ilə bağlı aparılan danışıqlara qarşı çıxış edir.

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR